Fələstində İsrail casusları edam edildi

 14:30 04.09.2022     595

Qəzzada beş nəfər edam edilib, onlardan ikisi İsrailə casusluqda, üçü isə cinayətdə günahkar bilinib.

Redaktor.az dünya mətbuatına istinadən xəbər verir ki, Qəzza Daxili İşlər Nazirliyinin yaydığı yazılı açıqlamaya görə, bir məhbusun 2001-ci ildə İsrail kəşfiyyatına məlumat ötürməsi və bunun nəticəsində bir çox fələstinlinin ölümünə səbəb olması təsdiqlənib. 

Digər bir nəfərin də eynilə İsrail kəşfiyyatına çalışdığı, 1991-ci ildə İsrailə məlumat ötürdüyü, nəticədə bir fələstinlinin ölümünə, bir neçəsinin yaralanmasına səbəb olduğu qeyd edilib. 

Fələstin qanunlarına görə, həmin 2 casusun və cinayət törətdiyi təsdiqlənmiş digər 3 nəfərin edam edilməsinə qərar verilib.