Peyvənd olunanların son statistikası

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 113 vaksin vurulub.
Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 202, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 160, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 658, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 93 nəfərdir.
