Vilayət Eyvazovdan yeni TƏYİNAT

 11:44 05.09.2022     502

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub.

Redaktor.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vİlayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis kapitanı Sadiq Əliyev təyinat alıb. 

Qeyd edək ki, o bu təyinatadək Şirvan DYP-də baş inspektor vəzifəsində çalışıb.

Vumart və Güvən reklamı Vumart Güvən