“Azərbaycan dünyada minalara ən çox məruz qalmış ölkələrdən biridir” - BMT

 12:00 05.09.2022     340

“Azərbaycan dünyada minalara məruz qalmış ən birinci ölkələrdən biridir”.

Redaktor.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva Minatəmizləmə Agentliyinin (ANAMA) yeni loqosunun təqdimatına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“Ona görə də Azərbaycanın dəstəyə böyük ehtiyacı var. Biz ANAMA-ya dəstək göstərəcəyik ki, öz funksiyalarını yerinə yetirə bilsin”, - BMT rəsmisi qeyd edib.