“Tərtər işi”nə görə həbs olunan Rahib Məmmədov kimdir?

 15:43 05.09.2022     419

“Tərtər işi” ilə bağlı həbs olunan Rahib Məmmədovun kimliyi ilə bağlı bəzi məlumatlar məlum olub.

Redaktor.az xəbər verir ki, Rahib Məmmədov həbs olunana qədər ədliyyə mayoru rütbəsində hərbi hüquqşünas kimi xidmət edib. O, həmçinin Rahib Bəşər imzası ilə tanınan şairdir.

Rahib Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” və “Azərbaycan Bayrağı” mükafatları laureatıdır.

Onun “Həyat eşqi”, “Sevgi dünyam”, “Zirvəyə doğru” adlı kitabları nəşr olunub.

Xatırladaq ki, Rahib Məmmədov “Tərtər işi” ilə bağlı həbs olunub.

O, Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib (apa.az).