Bu stansiyalar tez bağlanacaq - RƏSMİ

 16:35 05.09.2022     505

Sentyabrın 6-dan oktyabrın 1-dək "Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xəttinin stansiyaları girişə saat 23:30-da bağlanacaq.

Bu barədə Redaktor.az-a qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədov qeyd edib ki, buna səbəb Bənövşəyi xəttin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təşkilinə dair işlərə başlanılmasıdır:

"Bununla əlaqədar sentyabrın 6-dan oktyabr ayının 1-nə qədər saat 23:30-da Bənövşəyi xəttin stansiyaları (“Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr”) sərnişinlərin girişinə bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq".

Vumart və Güvən reklamı Vumart Güvən