Sərnişinlərin nəzərinə - Bu avtobusların marşrutu dəyişəcək

 16:50 05.09.2022     339

Bakıda iki marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək.

Bu barədə Redaktor.az-a Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat verib.

Bildirilib ki, Suraxanı rayonu Əmircan qəsəbəsinin daxili yollarında aparılan abadlıq işləri ilə əlaqədar 191 və 213 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilərək Cabir Əliyev və Abbasqulu ağa Bakıxanov küçələri ilə təşkil edilib.