Yasamalda zəbt olunan torpaq sahələrinin hasarları söküldü

 18:53 05.09.2022     453

Yasamal rayonu Zaur Kərimov küçəsi 31/47 ünvanında bina qarşısında vətəndaşlar tərəfindən zəbt edilmiş torpaq sahələrinin hasarları sökülüb.

Redaktor.az xəbər verir ki, Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin məlumatına görə, ərazi təmizlənir və müvafiq qaydada abadlıq işləri aparılır.

Eyni zamanda, Yasamal rayonunda yağış barmaqlıqları qum, yarpaq, ağac qırıntıları və digər tullantılardan təmizlənib. Hazırda yağış barmaqlıları hazır vəziyyətə gətirilir, yuyulur.