Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, koronavirusdan ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 815 595 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 802 395 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 375 aktiv xəstə var.
Bu günə qədər 9 825 nəfər vəfat edib.