Son sutkada 5 vaksin VURULDU

 20:53 05.09.2022     162

Azərbaycanda son gündə koronavirus əleyhinə 5 vaksin vurulub.

Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci və ikinci mərhələ üzrə vaksinasiya həyata keçirilməyib. üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 4, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 865 343 təşkil edir.