Daşkənddə Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin açılısı olub - FOTO

 10:01 06.09.2022     315

Daşkənddə Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin acılısı olub, Biznes-forum keçirilib.

Redaktor.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən Biznes Forumda Azərbaycan və Özbəkistandan iş adamları, habelə bu ölkədə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

İlk öncə Forum iştirakçıları Ulu Öndər Heydər Əliyevin bu binanın qarşısındakı abidəsi önünə, habelə Şəhidlər abidə kompleksinə çiçəklər düzüblər.

Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyun ayında Özbəkistana səfəri və ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərə dair foto sərgi nümayiş etdirilib.

 Azərbaycan, Türkiyə və Özbəkistanın Dövlət himnləri səsləndikdən sonra Forumu açıq elan edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Səfirliyin birinci katibi Samir Abbasov tədbirdə hər iki tərəfdən orta və kiçik sahibkarlıq sahələrinin 30-dan çox nümayəndəsinin iştirak etdiyini qeyd edib. Samir Abbasov bildirib ki, bu il 21-22 iyun tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri, keçirilən görüşlər, imzalanan müqavilələr ölkələrimiz arasında əməkdaşlıqda yeni bir dövrün başlanğıcı olduğunu söyləyib.  

Diplomat deyib: “Dövlət başçılarımız İlham Əliyev və Şavkat Mirziyoyevin iki ölkə arasındakı tarixi münasibətlər, mövcud strateji əməkdaşlığa dair fikirləri və  gələcək münasibətlərimizin inkişafına dair verdikləri tapşırıqlar və tövsiyələr bu işdə bizim üçün əsas yol xəritəsidir”.

O, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Türkiyə və Mərkəzi Asiya regionu üçün mühüm təşəbbüs olan Zəngəzur dəhlizinin açılması regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb ola biləcəyini vurğulayıb. Çıxışında Samir Abbasov yeni yaradılan Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin fəaliyyətinə uğurlular arzulayıb.

ATUİAB-ın rəhbəri Ruslan İmanzadə çıxışında yeni yaradılan Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi haqqında məlumat verib, iki ölkə arasında iqtisadi əlaqələrə dair əldə olunmuş nailiyyətləri qeyd edib. O, bu ilin yanvar-aprel aylarında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 50.1 milyon dollar olub, bunun 33,5 milyon dolları ixrac, 16,6 milyon dolları idxal əməliyyatlarının payına düşür. O deyib ki, bu gün Özbəkistan ərazisində Azərbaycan kapitalının iştirakı ilə ticarət, maşınqayırma, metal emalı, maliyyə, sığorta, daşınmaz əmlak, energetika, zərgərlik məmulatlarının istehsalı, təmiri, qida və yüngül sənaye sahələrini əhatə edin 234 müəssisə fəaliyyət göstərir.

Özbəkistan İqtisadiyyat Assosiasiyasının rəhbəri Muxtar Umarov ölkələrimiz arasında əməkdaşlığın inkişafından danışıb, biznes sahəsinin daha da inkişaf etdirilməsinin vacibliyinə toxunub. O, iki ölkə arasında iqtisadiyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolunda böyük potensialın olduğunu qeyd edərək, azərbaycanlı iş adamlarının Özbəkistanda investisiya qoymaları üçün yaxşı imkanların olduğunu söyləyib. Muxtar Umarov ölkələrimizin biznes dairələri arasında görüşlərin faydalı olacağına inamını ifadə edərək, belə görüşlərin bundan sonra həm Daşkənddə, həm də Bakıda keçirilməsini vacibliyini vurğulayıb.

Azərbaycanın “Ekvita” firmasının direktoru İlqar Mehdi Özbəkistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı, statistik rəqəmlərlə bu əlaqələri təhlil edib, biznes dairələrinin daha sıx əlaqələr qurması imkanlarından danışıb.

Sonra iş adamlarının iştirakı ilə ikitərəfli görüşlər keçirilib, konkret layihələr müzakirə olunub, qonaqlar Daşkəndin bir sıra biznes sahələri ilə tanış olublar.

222222222