"Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarı başa düşülən deyil" - ŞİKAYƏT

 13:24 06.09.2022     1103

Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları kücəsi ev 131B-də qeydiyyatda olan Məmmədov Bakir Balakişi oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.

Həmin məktubu olduğu kimi təqdim edirik:

"Hörmətli redaksiya,

Nümayəndəsi olduğum N.Fətullayeva Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində  2010-сu ildən yaşayış evi inşa etməklə yaşayır. Evinin qarşısında təxminən 18 metr enində, uzunluğu 100 metrdən çox olan boş torpaq sahəsi (yolun bir hissəsi) var idi. Hansı ki, həmin sahə daimi ümumi istifadədə olmuş, oradan onun və  digər qonşuların su, qaz xətləri keçmiş, həmcinin evin yağış suları üçün quyu (şambo) qazılmışdır. 2014-cü ilin yay aylarında məlum oldu ki, həmin boş torpaq sahəsinə hansısa yolla Ağayev Teymur Azər oğlu cıxarış əldə etmişdir. Buna görə kecmiş Torpaq Komitəsinə müraciət edib nə əsasa ümumi istifadədə olan qəsəbə daxili yoldan 3 sot torpagı ona verilməsini soruşduqda bildirdilər ki, Teymur Ağayevdən əvvəlki cıxarışı əldə etmiş Miriyev Məhərrəm Mahmud oğlunun adına Kadastr Planı səhv işlənilib, ləğv olunacaqdır. Bununla baglı vəkillərimiz tərəfindən edilmiş sorğu nətiçəsində məlum oldu ki, Səbail RİHB-nın 08 fevral 1995-ci il tarixli, 464 nömrəli  sərəncamı ilə Miriyev Məhərrəm Mahmud oğluna Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1228 saylı 600 kv.m torpaq sahəsi ayırılmışdır. Həmin torpaq sahəsinə görə tərtib edilmiş Çizği üzrə ölçülər-eni 24 metr,uzunluğu 25 metr ğöstərilmişdir. Bundan fərqli olaraq M.Miriyevin adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsündə (Kadastr)  həmin torpaq sahəsinin ölcüləri bir tərəfi 22,19 metr,onunla üzbəüz tərəfi 25,75 metr, ikinçi tərəfi 25,46 metr, üzbə-üz tərəfi 25,01 metr göstərilmişdir.Həmçının o, da məlum oldu ki,  Miriyev Məhərrəmə ona görə torpaq sahəsi ayrılıb ki, ğuya o, Səbail rayonu üzrə mənzil növbəsində olub.Lakin Səbail rayon icra hakimiyyətindən verilən arayışdan görünür ki, o, hec vaxt mənzil növbəsində olmayıb,həmin vaxt Cəlilabad rayonunda qeydiyyatda olub. Bunlardan başqa eləçə də müəyyən olundu ki, Səbail RİHB-nın 08 fevral 1995-ci il tarixli, 464 nömrəli  sərəncamı ilə Miriyev Məhərrəm Mahmud oğluna Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1228 saylı 600 kv.m torpaq sahəsi ayırıldığı halda,  Səbail RİHB-nın 06 aprel 1998-ci il tarixli, 463 nömrəli  sərəncamı ilə Məmmədova (Vəliyeva) Səbinə İsmayıl qızına  Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1228 saylı 600 kv.m torpaq sahəsi ayırılmışdır.

Kecmiş Torpaq Komitəsinə müraciətdən sonra ta 2015-ci ilin fevral ayına qədər oraya nə Teymur Ağayev, nə dəki, hansısa nümayəndəsi gəlmədi. 2015-ci ilin fevral ayında Torpaq Komitəsi ləgv olunduqdan sonra Ağayev Teymur orada peyda olub ələ kecirmiş oldugu torpaq sahəsində daş hasar cəkdirən zaman məhkəmə qaydasında orada hər hansı işin aparılmasına qadaga qoyulması haqqında iddia qaldırdıq. Hal-hazırda məhkəmə cəkişmələri davam edir. Məhkəmələr və vəkillər tərəfindən təyin edilmiş ekspertizalar, sorğular zamanı, Dövlət Əmlak Komitəsinin mütəxəssislərinin və ekspertlərin  iştirakları ilə sahəyə baxış kecirdikdə  məlum oldu ki, Məhərrəm Miriyevin adına olan torpaq çizgisində qeyd olunan ölçülərlə Kadastr sənədində qeyd olunan torpaq sahəsinin ölçüləri kəskin fərqlənir. Naturaya baxış kecirilərkən müəyyən edilmişdir ki, cavabdehin inşa etdiyi daş hasarın altından ümumi qaz xətti kecir, torpaq sahəsinin daxilində iddiacının yaşadıgı evin istifadə etdiyi cirkab suların axıdılması ücün su anbarı (şambo) yerləşir. ”Azərsu” ASC-nin Səbail rayon Sukanal İdarəsinin 3 aprel 2015-ci il tarixl, RO-02/5-1/127 saylı məktubundan göründüyü kimi cavabdehin torpaq sahəsindən iddiacıya və digər sakinlərə məxsus su xəttləri kecir və həmin sahədə 1 ədəd septik qurgu (şambo) yerləşir, xəttlərə xidmət göstərmək səbəbindən bu sahədə tikinti işlərinin aparılması yol verilməzdir. Cavabdehə məxsus 0,06 ha torpaq sahəsinin daxilindən su, kanalzasiya və qaz xəttləri kecdiyindən, həmcinin həmin ərazidə iddiacıya məxsus  yaşadıgı evin istifadə etdiyi cirkab suların yıgılması ücün su anbarı (şambo) yerləşdiyindən Fətullayeva Natəvanın ümumi istifadəsində olan torpaq sahəsindən istifadə hüquqlarının həyata kecirilməsinə məhdudiyyət və maneə yarandıgı müəyyən edilir. RX seriyalı 0386179№-li Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cıxarışa (004013004210 reyestr nömrəsi, 1114042209 qeydiyyat nömrəsi, 02.05.2014-cü il qeydiyyat tarixi) əsasən xüsusi mülkiyyət hüququ üzrə Ağayev Teymur Azər ogluna məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1228 saylı ölcüsü 0,06 ha torpaq sahəsinin ərazisindən su, kanalzasiya və qaz xəttləri kecdiyindən, həmcinin  cirkab suların yıgılması ücün su anbarının hazırkı vəziyyətdə mövcud olmasını nəzərə alaraq həmin ərazinin cavabdeh tərəfindən hasara alınması  (şambo) yerləşdiyindən bizə məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən ölcüsü 940,0 kv.m olan torpaq sahəsinin üzərindəki evin sakinlərinin və həmin ərazidə yaşayan digər sakinlərin sudan, qazdan, elektrik enerjisindən təchizat və təminat hüquqlarının həyata kecirilməsinə məhdüdiyyət və maneə yaradır.

Qanunsuz ələ keçirilmiş sahədə daş hasar sakinlərə verilən qaz xəttinin üstündə qaldırdıgından, hansı ki, Ağayev Teymur Azər oğluna (yerin əvvəlki sahibi, sonradan torpaq atasının adına keçirilib)  qarşı «qanunsuz tikilinin sökülməsi» barədə «Azəriqaz» İB-nin iddiası əsasında Səbail rayon məhkəməsində 08 noyabr 2017-сi il tarixli qətnamə qəbul edilmiş və həmin qətnamə istər  Bakı Apellyasiya Məhkəməsinin və Azərbayсan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyaları tərəfindən qüvvədə saxlanılmışdır.

Bakı İnzibati Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2-1 (112)-175/2020 nömrəli məktubu ilə  Daşınmaz Əmlakın  Kadastrı və Ünvan  Reyestr Xidmətinə daxil olmuş mütəxəssis qarşısında qoyulmuş suallarla baglı verilmiş mütəxəssis rəyindən görünür ki, istər Məhərrəm Miriyevin, istərsə də Məmmədova (Vəliyeva) Səbinəyə torpaq sahəsinin yerləşmə sxemi hazırlandığı zaman mövçud olan torpaq qanunvericiliyinin müvafiq qaydalarına uyğun hazırlanmamış, sözüğedən sxemlər miqyasız,situasiyasız, məsafələrlə hec bir istinad nöqtələrinə bağlanmamış olmaları ilə yanaşı, bu sxemləri naturada (yerində) müəyyən etmək mümkün deyil.Sxemlərin vizual görünüşündə hər iki vətəndaşa müxtəlif vaxtlarda hazırlanmış sxemlər eyni nömrə ilə nömrələndiyindən bu sahənin eyni yer olmasını deməyə əsas verir. Miriyev Məhərrəm Mahmud oğlunun adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədindən əvvəl sözüğedən sxemə əsasən Məmmədova (Vəliyeva) Səbinə İsmayıl qızına  mülkiyyət hüququna dair sənəd verildiyi üçün Miriyev Məhərrəm Mahmud oğluna ayrılan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1228 saylı sahəyə dair ilkin torpaq ayırma sənədlərində olan ölcülər, sxemlər nəzərə alınmamaqla işlənmişdir. Araşdırma zamanı 2008-2015-ci illərdə sözügedən ərazidə 2 torpaq sahəsi mövcud olmuş, hal-hazırda isə həmin ərazidə 3 həyətyanı sahə mövcuddur ki, bunlardan M.Miriyevin adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 497830 saylı torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədində qeyd olunan torpaq sahəsinin 280kv.m hissəsi qəsəbə daxili yoldan mənimsənilmişdir.

Buna görə də Bakı İnzibati Məhkəməsinin 05 mart 2021-сi il tarixli, 2-1(112)-219/2021 saylı  qərarı ilə iddiamız təmin edilərək qeyd olunan torpaq sahəsinin planı və ölçüsü (Kadastr) sənədinin ləğv edilməsi müvafiq təşkilata həvalə edilmişdir.

A.Ağayev bu qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1714/2021 sayılı qərarı ilə şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır.

Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kolleğiyası (hakim R.Nəbizadə) müvafiq qanunvericiliyin tələblərinə əsaslanmadan, ümumi istifədə olmuş torpaq sahəsinin qanunsuz ələ kecirilməsinə hec bir münasibət bildirmədən və Azərbaycan Respublikası  Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarlarına  düzgün olaraq istinad etməyib formal mülahizələrinə əsaslanan qərar qəbul etmişdir.

Mülkiyyət hüququnun, o cümlədən torpağa mülkiyyət hüququnun müdafiəsi, qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla maneəsiz həyata keçirilməsi, bu hüquqların müdafiəsi ilə ictimai mənafelər və dövlət maraqları arasında ədalətli tarazlığın təmin edilməsi hüquqi dövlətin qarşısında duran ən mühüm vəzifələrdəndir.

Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur.

Azərbaycan Respublikası  Konstitusiya Məhkəməsi müvafiq qərarlarında qeyd edir ki, mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur.

Konstitusiya Məhkəməsinin həmçinin ədalətli məhkəmə araşdırması ilə bağlı hüquqi mövqeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan,  ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır

Avropa Məhkəməsi də qeyd edir ki, Məhkəmə sözügedən müxtəlif maraqları bütünlüklə araşdırmalı və bu zaman nəzərə almalıdır ki, Konvensiyanın məqsədi «praktiki və səmərəli» hüquqları təmin etməkdir. O, məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Bu qiymət təkcə müvafiq kompensasiya şərtlərini deyil (əgər söhbət mülkiyyətin müsadirəsindən gedirsə), həm də tərəflərin davranışını, o cümlədən dövlətin tətbiq etdiyi vasitələri və onların necə tətbiq edilməsini özündə ehtiva edə bilər. Bu kontekstdə vurğulamaq lazımdır ki, qeyri-müəyyənlik (istər qanunverici, istərsə də inzibati və ya hakimiyyət orqanlarının praktiki fəaliyyətindəki qeyri-müəyyənlik ) dövlətin davranışının qiymətləndirilməsi zamanı nəzərə alınmalı olan amildir.

Həqiqətən, söhbət ümumi maraqlara aid olan məsələdən gedirsə, dövlət hakimiyyəti orqanları vaxtında, məqsədəuyğun və ardıcıl şəkildə hərəkət etməlidirlər. Avropa məhkəməsi bir cox qərarlarında işin ədalətli araşdırma hüququnun pozulduğuna dair qənaətə gələrək mövqeyini həm də onunla əsaslandırır ki, Ali Məhkəməyə şikayətində, şəxs tərəfindən irəli sürülmüş və həlledici əhəmiyyətinə görə konkret və aydın qiyməti tələb edən dəlil Ali Məhkəmə tərəfindən diqqətə alınmamışdır .

Bütün bunlara əsasən cavabdehin qanunsuz hərəkətləri ümumi istifadədə olan torpaq sahəsindən istifadə, təchizat və təminat hüquqlarının hüquqlarının həyata kecirilməsinə bizə və digər sakinlərə məhdudiyyət və maneə yaratdığı halda Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarı başa düşülən deyil. Bu qədər qanunsuzluğa ( çinayət əməlinə) yol verildiyi halda Kolleğiya ona heç bir münasibət bildirmir, özünü ğörməməzliyə vurur, bu barədə müvafiq orqanlara məlumat vermir, torpağa qanunsuz müdaxiləni müdafiə edib  işini əsassız qərar qəbul etməklə bitmiş hesab edir. Halbuki, Azərbaycan Respublikası  Mülki-Prossesual Məcəlləsinin  265.4-ci maddəsinin tələbinə əsasən  Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir.Bundan başqa  “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarında məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olmasını,  iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə   çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli,  həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməli kimi yardım etmək vəzifəsi, həmcinin   İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır kimi vəzifəsi qoymuşdur.

Hörmətli Redaksiya,

Əğər ümumi istifadə olmuş həmin sahə üzrə Ağayevlər və ya onlardan əvvəlki hər hansı bir şəxsin mülkiyyət hüququ var idisə nə üçün həmin xətlərin oradan aparılmasına, şambo tikilməsinə, ərazinin abadlaşdırılmasına( doldurulması, asfalt çəkilməsi, agaс əkilməsi və sair) bunlar vaxtında etiraz etmir və ya məhkəməyə müraсiət etmirdilər. Sizə təqdim olunaсaq həmin ərazinin 2008-2015-ci illərinə dair ortofotoplan görüntülərinə baxdıqda əraziyə müdaxiləni ğörmək ücün hansısa lupa və eynəyə ehtiyac olmadığı ğörünür. Lakin Ali Məhkəmənin İnzibati Kollegiyasının hakimi Rahib Nəbizadə hansı səbəbdənsə (ğöz xəstəliyi və sair) bunları ğörmür. Möhtərəm Prezidentimiz qanunsuz torpaq ələ kecirilməsinə qarşı istər məmur qəbulunda, istərsə də ictimaiyyət qarşısında cıxışında hamını buna qarşı barışmaz olmaga cagrmaqla, “İctimai nəzarət olmasa yenə də eybəcər binalar tikiləcək,  torpaqlar zəbt olunacaq, hərə özü ücün bir obyekt tikəcək” bildirir.

Onu da qeyd edim ki, əslində Teymur və Azər Ağayevlər torpaq sahəsini qanunsuz  ələ kecirib, sənədləri saxtalaşdıran şəxslər deyirlər. Teymur Ağayev həmin ərazini Məhərrəm Miriyev adlı şəxsdən alıb. Bütün qanunsuzluqlar Məhərrəm Miriyev və onun əlbir olduğu şəxs (şəxslər- Kadastr sənədini tərtib etmiş Torpaq Komitəsinin  əməkdaşları, Badamdar qəsəbə nümayəndəliyi, Səbail İcra hakimiyyəti nümayəndələri və sair) tərəfindən edilib. Məhərrəm Miriyev daxili işlər orqanlarının sabiq əməkdaşıdır, 18-ci PB-də növbətci işləyib. Ümumiyyətlə bildiyiniz kimi Badamdar ərazisində torpaq sahələrini qanunsuz ələ kecirən dəstələr mövcuddur ki, zamanında həmin şəxslər tərəfindən “Dostluq” Parkının və ona yaxın əraziləridə torpaq sahələrini ələ kecirmişlər. Möhtərəm Prezidentimiz qətiyyəti sayəsində həmin ərazilər əvvəlki qaydasına qaytarıldı, bir cox şəxslər istər inzibati, istərsədə cinayət qaydasında çəzalandırıldılar. Bu hallarla bağlı cinayət qaydasında cəzalandırılan diğər  şəxslər də olub. Bu gün bəhs edilən ərazidə “Dostluq” Parkına yaxın ərazidə yerləşir.

Hörmətli Redaksiya,

Ortada bu qədər təkzib olunmaz faktlar oldugu halda torpaq sahəsini qanunsuz ələ keçirmiş şəxslər  hansısa “havadarlarının” dəstəyi ilə bu çinayət əməllərini ört-basdır etməyə çalışırlar. Onların bu hərəkətləri digərlərində qanunsuz torpaq sahələrinin ələ kecirməsinə həvəsləndirir. Ümidvaram Möhtərəm Prezidentimizin bu sahədə barışmaz mövqeyindən cıxış edərək məsələninin qanuni yolla həlli ücün dəstəyinizi əsirgəməyib aidiyyəti orqanları (Prezident Administrasiyasını, İqtisadiyyat Nazirliyini, Əmlak Xidmətini, əgər məsələ qəsəbə daxili yola qalarsa Bələdiyyələrlə İş Mərkəzini, Səbail rayon Badamdar bələdiyyəsini və sair orqanları)  bu məsələyə cəlb edəcəksiniz".