Kamran Əliyev bu rayonlara prokuror müavinləri TƏYİN ETDİ

 17:30 06.09.2022     392

Bir neçə rayonun prokurorluqlarında yeni təyinat olub.

Redaktor.az xəbər verir ki, baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlə Xaçmaz rayon prokurorunun böyük köməkçisi İsbəndiyar İsgəndərov vəzifəsindən azad edilərək Quba rayon prokurorunun müavini təyin olunub.

Quba rayon prokurorunun müavini Pərviz Nərimanov isə Qaradağ rayon prokurorunun müavini vəzifəsinə, Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşı Tural Haqverdiyev Nərimanov rayon prokurorunun müavini, Nərimanov rayon prokurorunun müavini vəzifəsindən azad edilən Elgiz Qənizadə isə Suraxanı rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən təyinatlarla bağlı məlumatı Redaktor.az-a təsdiq ediblər.