Peyvənd olunanların sayı bilindi

 18:09 06.09.2022     305

Azərbaycanda son sutkada 1 544nəfər vaksinasiya olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 375, ikinci doza vaksinlərin sayı 231 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 803-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 135 olub.

2