Hesablama Palatasına yeni səlahiyyət verilir

 16:06 07.09.2022     156

Siyasi partiyaların dövlət tərəfindən ayrılan vəsaiti xərcləməsinə Hesablama Palatası nəzarət edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Siyasi partiyalar haqqında" yeni hazırlanan qanun layihəsinin ilkin versiyasında qeyd edilib.

Layihəyə əsasən, siyasi partiya tərəfindən dövlət maliyyə yardımının xərclənməsinə nəzarət Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən həyata keçirilir.

Siyasi partiyanın digər maliyyə fəaliyyətinə nəzarət Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçirilir.