"Bakı artıq küləklər şəhəri deyil, tıxaclar şəhəridir" - Fazil Mustafa

 16:18 07.09.2022     324

"Bizə yaraşan elə ağıllı kənddir. Maşın yox, insan az, hərəkərdə də vaxt itkisi yaşamırsan. Ağıllı şəhər qətiyyən bizə uyğun gəlmir. Ağllı adamların yolunu tıxadığımız kimi, ağıllı şəhərin də yollarını tıxayıb, qan dövranını dayandıracağıq. Təsəvvür edin ki, bu cür fəlakətli tıxacların yaşandığı şəhərdə illərdir metro tikintisi dayandırılıb, alternativ ictimai nəqliyyat şəbəkəsi yaradılmayıb, gecəqondulaşmanın, şəhərə axının qarşısını almaq üçün tədbirlər görülməyib. Biz cəmiyyət olaraq tarixin yol ayrıcında doğru yol seçə bilmədiyimiz kimi, doğru yol da çəkə bimirik".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa sosial media hesabında paylaşıb.

Deputat Bakının adının mənasında dəyişiklik etməyi təklif edib:

"Bakı ənənəvi Küləklər şəhəri deyil, artıq Tıxaclar şəhəridir. Qışda qarın, yazda və payızda yağışın normadan artıq yağmaması üçün mollalarımız ərəb dilində, lakin latın əlifbası ilə bütün Bakı sakinlərinə dua yazıb verməlidilər, əlbəttə, maya dəyərindən artıq qiymətə satılmamaq şərti ilə. Ancaq bu dualar da hökmən bir mərkəzdən satılmalıdır. Əks halda bu dualar müstəcəb olmaz. 15 sentyabr Bakının işğaldan azad olduğu gündür. 15 sentyabrda həm də məktəblərdə dərs başlayır. Ancaq bütün Bakı sakinləri üçün əsl tıxac dərsi başlayır. İndidən əsəb dərmanlarının tədarükünü görün. Bir şeyi unutmayın ki, bizim apteklərdəki dərmanların tıxaclarda təsiri olmayacaq".

Nərmin VÜQARQIZI