Azərbaycanli alim nüfuzlu jurnalının redaksiya həyətinə qəbul edildi - FOTO

 17:22 07.09.2022     141

Azərbaycanli alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Kuba Respublikasının "XXX Aniversario de la Universidad de Cienfuegos “Carlos Rafael Rodríguez” Universitetinin nəzdində olan, beynəlxalq xülasələndirmə və indeksləşmə bazası olan Web of Science və Scopusda qeydiyyatda olan "La Revista “Universidad y Sociedad” jurnalının redaksiya həyətinə qəbul edilib.

Redaktor.az xəbər verir ki, dünyada A kateqoriya siyahısında olan jurnalın redaksiya heyətinə Kubanın bu məhşur universitetinin rektoru və kollektivi tərəfindən seçilərək daxil edilən alim, ilk dəfədir belə nüfuzlu redaksiyada təmsil olunan yeganə azərbaycanlıdır.

Qeyd edək ki, multidissiplinar olan La Revista “Universidad y Sociedad” dünyanın bir çox ölkələrindən alimlərin dərc edildiyi nüfuz sahibi olan jurnaldır. Məhz Azərbaycandan ilk dəfə belə nüfuzlu jurnalda redaksiya heyətində təmsil olunmaq eyni zamanda Asiya üzrə məqalələrə məsul şəxs də deməkdir.

T.İSMAYIL

22