Bakıda bu küçədə hərəkət 5 gün MƏHDUDLAŞDIRILACAQ

 18:24 07.09.2022     332

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) asfalt örtüyünün dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib.

Redaktor.az xəbər verir ki, idarənin baş inspektoru, polis mayoru Araz Əsgərlinin sözlərinə görə, paytaxtın Fətəli xan Xoyski küçəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısından metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində asfalt örtüyünün dəyişdirilməsi məqsədi ilə müvafiq işlərin aparılması nəzərdə tutulub:

“Sürcülərdən xahiş edirik ki, həmin istiqamətdə hərəkətə üstünlük verməsinlər. Bu işlərin sentyabrın 12-si, səhər saatlarına qədər yekunlaşması nəzərdə tutulub. Anlayış göstərdiyinizə görə öncədən təşəkkür edirik!"