Bu şəhərdə su olmayacaq

 10:04 08.09.2022     842

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Astara şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

Redaktor.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, hazırda qurumun briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.

"Azərsu" narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

Vumart və Güvən reklamı Vumart Güvən