YAP-ın eks-mətbuat katibinin yeni iş yeri məlum oldu

 11:18 08.09.2022     299

Bir müddət əvvəl hakim Yeni Azərbaycan Partiyası (YAP) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən istefa vermiş Elməddin Quliyev bundan sonra Azərbaycan Televiziyasında (AzTV) çalışacaq.

Redaktor.az-ın məlumatına görə, bu barədə E.Quliyevin özü bildirib.

“Artıq bu gündən doğma kollektivim Azərbaycan Televiziyasındayam. Daim yenilənən AzTV-də görülən işlərin tərkib hissəsi olmağa çalışacağam”, - E.Quliyev deyib.

Xatırladaq ki, Elməddin Quliyev YAP-dakı vəzifəyə gəlməzdən əvvəl də AzTV-də çalışmışdı. O, uzun müddət Dövlət Statistika Komitəsinin mətbuat katibi vəzifəsini tutub.

Vumart və Güvən reklamı Vumart Güvən