Şuşada "ASAN xidmət" mərkəzinin fəaliyyətə başlayacağı tarix açıqlandı

 12:44 08.09.2022     111

"Şuşada yaradılacaq "ASAN xidmət" mərkəzinin tikinti-təmir işləri gedir".

Redaktor.az xəbər verir ki, bunu Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, mərkəzin növbəti ildə fəaliyyətə başlaması gözlənilir. Azad edilmiş digər ərazilərdə infrastruktur tədbirlərinin həyata keçirildiyini bildirən agentliyin sədri vaxtı gələndə həmin rayonlarda da "ASAN xidmət" mərkəzlərinin yaradılması məsələsinə baxılacağını diqqətə çatdırıb (report).