İlham Əliyev onlarla bağlı sərəncam İMZALADI

 17:56 08.09.2022     980

Prezident İlham Əliyev “Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” 4 iyul 2006-cı il tarixli sərəncamında dəyişiklik edib.

Redaktor.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Komissiyanın tərkibinə energetika naziri və "Azərenerji” ASC-nin prezidenti əlavə edilib.

Qeyd edək ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov,  "Azərenerji”nin prezidenti isə Balababa Rzayevdir.