"Azəriqaz"ın “Açıq mikrofon”u bu dəfə Göygöldə QURULDU - FOTO

 22:33 08.09.2022     340

Göygöldəki “Açıq mikrofon”da çoxluq təşkil edən eyni xarakterli müraciətlər bunlar oldu

Redaktor.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin Göygöl şəhərində təşkil etdiyi “Açıq qapı” aksiyasında qeydə alınan müraciətlərin bir çoxu küçə qaz xəttinin çəkilməsi ilə bağlı olub.

Balçılı kənd sakini Ruzi Məmmədov, Nadil kənd sakini Kənan Qurbanzadə və şəhərin M.Ə.Sabir küçəsindən Pünhan Nəsibovla İlqar Hacıyev əvvəldə qeyd edilən müraciətlərlə çıxış ediblər.

Ağdağ qəsəbəsindən olan abonentlər – Sevinc Hüseynova və Nabat Hacıyeva fərdi yaşayış evinin qazlaşdırılması barədə istəklərini ünvanlayıblar.

Eyniadlı müraciətlə çıxış edənlərin diqqətinə çatdırılıb ki, SOCAR “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir.

Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi, şəhid ailələrinə və qazilərə şamil edilir.

Aksiyada səsləndirilən digər müraciətlər də Birliyin Gəncə Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən qeydə alınaraq bəzilərinin yerindəcə baxılmasına dair tapşırıq verilib.

image-fb_img_1662655558790 image-fb_img_1662655561110 image-fb_img_1662655563548 image-fb_img_1662655566141 image-fb_img_1662655568860

 

Vumart və Güvən reklamı Vumart Güvən