İnam Kərimov onu yüksək vəzifəyə TƏYİN ETDİ

 12:07 09.09.2022     500

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

Redaktor.az xəbər verir ki, Fuad Mayılov Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini və  İnsan Resursları şöbəsinin müdiri təyin edilib. O bundan əvvəl nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri olub.

Qeyd edək ki, bundan əvvəl həmin şöbənin müdiri olan Elvin Paşayev iyulun 25-də Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub (unikal.org).