Öləcəyini deyən Ceyhun Əsgərovla bağlı açıqlama - Yerini bilmirik...

Xəbər verdiyimiz kimi, tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov "Facebook" hesabında paylaşım edib.
Redaktor.az xəbər verir ki, o, öz paylaşımında bir saata həyatdan gedəcəyini bildirib.
Ceyhun Əsgərovun müalicə aldığı Klinik Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu bildirib ki, sonuncu bu cür paylaşımından sonra ona bütün lazimi dəstək verilib:
“Tam müalicə də olunub, sağalıb və sağlam şəkildə evinə göndərilib. Amma bu gün yenə eyni halın təkrarlandığının şahidi oluruq. Hazırkı vəziyyəti ilə bağlı xəbərimiz yoxdur, hardadır, heç onu da bilmirik”.