Deputat icra başçısı ilə birgə Milli Qəhrəmanı ziyarət etdi

 15:54 09.09.2022     962

Milli Onkologiya Mərkəzində cərrahiyə əməliyyatı olunan Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev hazırda Goranboy şəhərində - evində müalicə olunur.

Redaktor.az xəbər verir ki, deputat Ağalar Vəliyev və Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Milli Qəhrəman Maşallah Abdullayevi evində ziyarət ediblər, onun səhhəti ilə maraqlanıblar və şəfa diləyiblər.

Milli Qəhrəman ona göstərilən maddi və mənəvi dəstəyə görə Ağalar Vəliyevə dərin təşəkkürünü biĺdirib.

Qeyd edək ki, Maşallah Abdullayev 1992-93-cü illərdə Ağcakənd qəsəbəsinin erməni işğalçılarından azad edilməsində xüsusi şücaət göstərib.

Vumart və Güvən reklamı Vumart Güvən