Tanınmış jurnalist həbs edildi

 09:30 11.09.2022     392

"Xural TV"-nin rəhbəri, jurnalist Əvəz Zeynallının məhkəməsi başa çatıb.

Redaktor.az xəbər verir ki, Binəqədi rayon Məhkəməsinin qərarına əsasən, Əvəz Zeynallı və Elçin Sadıqovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan olunub. Bu maddə üzrə 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Xatırladaq ki, bir neçə gün öncə "Haqqın.az" saytının baş redaktoru Eynulla Fətullayev jurnalist Əvəz Zeynallı haqda ifşaedici məlumat yayıb. O, Ə.Zeynallının hazırda həbsdə olan "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovu şantaj edərək, onun ailəsindən 20 min manat pul aldığını bildirib. E. Fətullayev, həmçinin 20 min manatın Rasim Məmmədovun vəkili Elçin Sadıqov tərəfindən Ə.Zeynallıya çatdırıldığını iddia edib.

 

2