Vilayət Eyvazov ölən rəisin yerinə onu təyin etdi - FOTO

 12:54 11.09.2022     548

Daxili İşlər orqanlarında yeni təyinat baş tutub.

Redaktor.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis mayoru Güriyel Məmmədov Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəisi təyin edilib. O bundan əvvəl adıçəkilən şöbənin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Səfərov bir müddət bundan əvvəl öz xidməti iş otağında ürəktutmasından vəfat etmişdi (qaynarinfo).