Peyvənd olunanların son STATİSTİKASI

 18:43 11.09.2022     260

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 234 vaksin vurulub.

Redaktor.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 291, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 167, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 665, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 111 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 873 818, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 377 080, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 864 956, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 371 347, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 260 435 nəfər təşkil edir.

 

Bizimlə əlaqə saxlayın