"Azəriqaz" rəsmiləri Salyanda sahibkarlarla görüşəcək

 10:43 12.09.2022     332

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

“Azəriqaz”dan Redaktor.az-a verilən məlumata görə, KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Salyan rayonunda təşkil olunacaq.

Aksiya Salyan rayonu, Təzəkənd ərazisində QPS-in qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” sentyabrın 14-də saat   11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

2