"Azəriqaz" şəhid analarının problemlərini həll etdi - VİDEO

 15:51 12.09.2022     105

Şəhid anası Gülmirə Məmmədovanın SOCAR “Azəriqaz” İstehsalat Birliyinə etdiyi müraciət qısa zamanda təmin edilib.

Bu barədə qurumdan Redaktor.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Vətənin bütövlüyü uğrunda canından keçən Məhəmməd Məmmədovun xatirəsinin əbədiləşdirildiyi abidənin önündən keçən qaz xəttinin yeri dəyişdirilib.

Bundan başqa Gülmirə Məmmədovanın digər bir müraciəti əsasında Ağcabədi şəhərinin Füzuli küçəsində yerləşən fərdi yaşayış evi qazlaşdırılıb. Həmçinin şəhid Eltun Qarayevin atası Elman Qarayevin də müraciəti Birliyin əməkdaşları tərəfindən operativ şəkildə təmin edilib.

Bərdə rayonu, Qazıqurdalı kəndində ucaldılan şəhid bulağının qarşısından keçən qaz xəttinin yeri dəyişdirilib.