Üç mindən çox sakini olan kəndin marşrutu yoxdur - VİDEO

Üç mindən artıq sakini olan Qusarın Urva kəndində yaşayanlar demək olar ki, qazandıqları pulu yollara xərcləyirlər.
Redaktor.az xəbər verir ki, kənddə marşrut xətti olmadığından sakinlər gediş-gəlişdə problem yaşayırlar.
Sakinlərin sözlərinə görə, hazırda kənddən çıxmaq üçün taksilərə 2 AZN pul ödəməli olurlar. Taksiylə Qusara getmək isə onlara 15 AZN-ə başa gəlir. Bu da kənd sakinlərinə maddi çətinlik törədir.
Daha ətraflı Baku TV-nin süjetində: