"Nizami"nin işıqlandırma sistemi yenidən qurulur

 11:59 13.09.2022     387

"Bakı Metropoliteni" QSC-nin "Nizami" stansiyasında texniki tələblərə cavab verməyən, stansiyanın estetik görkəminə uyğun gəlməyən işıqlandırma sistemi yenidən qurulacaq.

Redaktor.az xəbər verir ki, bunu qurumun sədr müavini Hidayət Məmmədov bildirib.

H.Məmmədov deyib ki, yenidənqurma sərnişin hərəkətinə maneə yaratmamaq üçün, əsasən, gecə saatlarında həyata keçiriləcək:

"Gündüz stansiya yolunun işıqlandırılmasının hərəkətin təşkilinə uyğun olması üçün ehtiyat şəbəkə qurulub. İşlər çərçivəsində stansiya yolunda kosmetik işlər də aparılacaq. Buna qədər stansiyanın orta zalında əsaslı təmir işləri aparılıb. Nizami Gəncvinin ölməz sənət əsərlərindən ibarət pannolar orijinal görkəminə qaytarılıb. Həmin vaxt stansiyanın orta zalının işıqlandırılma sistemi də yenidən qurulub".