“Gənclik” stansiyasında problem yarandı

Metronun “İçərişəhər” “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatarda “Gənclik” stansiyasında nasazlıq olub.
Redaktor.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, qatar elektrik deposuna verilib və onun əvəzinə xəttə yeni qatar verilib. Ümumilikdə intervalı çıxmaq şərtilə 7 dəqiqə yubanma olub.