Dünən şəhid olan Fəridin bu sözləri ürək dağladı - VİDEO

 14:32 13.09.2022     821

Xəbər verdiyimiz kimi, Ermənistan ordusunun son təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin zabiti Fərid Kamaləddin oğlu Möhbalı şəhid olub.

Redaktor.az xəbər verir ki, şəhid Fərid Möhbalı 1994-cü ildə Naxçıvanın Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olub. Fəridin şəhid olmamışdan öncə AzərTac-a müsahibəsində dediyi bu sözlər hər kəsi kövrəldib:

"Söz veririk ki, öz xidmətimizdə dövlətimizə, dövlətçiliyimizə sadiq olacacağıq".

Fərid Möhbalı verdiyi sözə əməl etdi. Allah rəhmət eləsin!

Qeyd edək ki, Möhbalı Fərid Kəmaləddin oğlu Milli Məclisin deputatı, Həmkarlar ittifaqının sədri Səttar Möhbalıyevin yaxın qohumudur. O, deputatın əmisi nəvəsidir.