"Azəriqaz"ın rəhbəri canlı yayımda sualları cavablandıracaq

 15:58 13.09.2022     167

Sentyabr ayının 14-də saat 15:00-da "Facebook" və "Instagram" (ruslanaliyev.official) sosial şəbəkələri üzərindən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin növbəti canlı yayımı planlaşdırılır.

Bu barədə Redaktor.az-a "Azəriqaz"dan bildirilib. 

Bildirilib ki, qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda baş direktora müraciət etmək mümkündür.