ADU-nun rektoru Latviya və Çexiya səfirliklərinin missiya rəhbərləri ilə görüşdü - FOTO

 16:02 13.09.2022     185

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Latviya səfirliyinin missiya başçısının müavini Viya Buşa, mədəniyyət, təhsil və iqtisadi məsələlər üzrə müşaviri Elmira Mirzəyeva və Çexiyanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Daniel Putiklə görüşüb. 

Redaktor.az-ın məlumatına görə, rektor qonaqları rəhbərlik etdiyi universitetdə görməkdən məmnun olduğunu bildirib, ali təhsil ocağında tədris olunan dillər haqqında məlumat verib. Qeyd olunub ki, Azərbaycan Dillər Universitetində 20-dən artıq ölkənin dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Eyni zamanda Rusiya, Serbiya, Pakistan, Çin və Rumıniyada Azərbaycan mədəniyyət mərkəzləri uğurla fəaliyyət göstərir. Bu mərkəzlər xalqları daha da yaxınlaşdırır, tarix və mədəniyyətin öyrənilməsində mühüm rol oynayır.

Qonaqlar qəbula görə akademik Kamal Abdullaya təşəkkürünü bildirib, qarşılıqlı əməkdaşlıqla bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə eyni zamanda gələcək əməkdaşlığın daha da genişlənməsinə inam ifadə olunub, Avropa Dilləri Gününün ADU-da qeyd olunması haqqında danışılıb, Latviya və Çexiyada Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasının mümkün imkanları müzakirə olunub.

2