“Səyyar qəbul otağı” bu dəfə Sabirabad sakinlərinin ixtiyarına verildi - FOTO

 21:30 13.09.2022     371

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə təşkil etdiyi “Açıq mikrofon” aksiyası bu dəfə Sabirabad rayonunda keçirilib.

Redaktor.az birliyə istinadən xəbər verir ki, “Səyyar qəbul otağı”nda 18 müraciət səsləndirilib.

Bu müraciətlərdən 9-u fərdi yaşayış evlərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsi olub.

Digər müraciətlər isə küçə qaz xətlərinin çəkilməsi və  istehlak olunan təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödənməsi ilə mavi yanacağın təminatı prosesinin bərpasından ibarət olub.

Aksiyada səsləndirilən müraciətlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən qeydə alınaraq bəzilərinin yerindəcə baxılmasına dair tapşırıqlar verilib.