Uşaq evində böyüyən şəhidimiz İkinci Fəxri xiyabanda dəfn edildi - VİDEO

SOS uşaq kəndində valideyn himayəsindən məhrum böyüyən şəhidimiz Səbuhi Əhmədov İkinci Fəxri xiyabanda dəfn edildi.
Redaktor.az xəbər verir ki, şəhidin dəfn mərasiminə SOS uşaq kəndində onunla böyüyən şəxslər, ictimaiyyət adamları və Müdafiə Nazirliyinin rəsmiləri qatılıblar (oxu.az).
Qeyd edək ki, Səbuhi Əhmədovun illər öncə Ulu Öndər Heydər Əliyevə Azərbaycan himnini oxumasını əks etdirən görüntülər sosial şəbəkələrdə payıaşılıb.
Xatırladaq ki, şəhid Səbuhi Əhmədov valideyn himayəsindən məhrum böyüyüb.
08:50
Könül Cəfərli