Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edildi - FOTO

 22:25 14.09.2022     834

Goranboyda Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu leytenant Şirinov Ömər Muğan oğlu dəfn edilib.

Redaktor.az xəbər verir ki, Kəlbəcər rayon sakini olan 1999-cu il təvəllüdlü Şirinov Ömər Muğan oğlunun nəşi Goranboy rayonunun Ağcakənd qəsəbəsində doğulduğu evə gətiriləndən sonra yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra 24 yaşlı şəhidimiz Ağcakənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovla yanaşı, şəhidin ailə üzvləri, qazilər, hüquq mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Şəhid tabutuna bükülən üçrəngli bayraq Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən şəhidin atasına təqdim olunub. Daha sonra havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, leytenant Şirinov Ömər Muğan oğlu düşmənin təxribatı zamanı Laçında şəhid olub. Şəhidimiz subay idi və ailəsi Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmışdı.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

***

Şəmkirdə Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu 1996-cı il təvəllüdlü Xəyal Elxan oğlu Süleymanov dəfn edilib.

Dəfn mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, rayon sakinləri və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Şəhidimiz doğulub boya-başa çatdığı rayonun Seyidlər kəndindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şəhidin tabutunun büküldüyü üç rəngli bayraq atasına verilib. Daha sonra himn səslənib, yaylım atəşi açılıb.

Qeyd edək ki şəhidimiz Xəyal Süleymanov ailədə 3 övlad olub, o ailənin sonbeşiyidir. Xəyal Süleymanov 3 ildir ki, Azərbaycan Ordusunda qulluq edirdi.

Xatırladaq ki, Xəyal Süleymanov 44 günlük Vətən Müharibəsində də iştirak edib. Müharibədə göstərdiyi şücaətə görə, Xocavəndin, Füzulinin, "Şuşanın azad edilməsi"nə və "İgidliyə görə" medalları ilə təltif edilib. Çavuş Xəyal Süleymanov sentyabrın 12-dən 13-ə keçən gecə ermənilərin törətdiyi təxribat nəticəsində Daşkəsən istiqamətində şəhid olub.

***

Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu baş gizir Firuz Məzahir oğlu Əhmədov Tovuz rayonunda dəfn edilib.

37 yaşlı şəhidimiz doğulub boya-başa çatdığı Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimdə şəhidin yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, rayon sakinləri və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Qeyd edək ki Firuz Əhmədov 15 il idi, ordu sıralarında xidmət edirdi. Sanitar təlimçi olan Firuz Əhmədov döyüş yoldaşlarına döyüş meydanında yardım edərkən 3 güllə yarası alaraq şəhid olub.

3 oğul atası olan Firuz Əhmədov 44 günlük Vətən Müharibəsində də iştirak edib və Ali Baş Komandan tərəfindən “Bayraq” ordeni Şuşanın, Füzulinin, Xocavəndin və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif olunub.

 

***
Gəncədən olan növbəti şəhid, Azərbaycan Ordusunun leytenantı, 1998-ci il təvəllüdlü şəhid Hüseynov Erkin Gəncənin Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev və Eldəniz Xudiyev, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, QMİ-nin Qazilər Şurasının üzvü Hacı Tahir Abbasov, Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhidlərin yaxınları iştirak edib.

Yaşadığı ünvanda keçirilən vida mərasimindən sonra şəhid leytenant Erkin Hüseynovun nəşi Gəncə Şəhidlər Xiyabanına gətirilərək dəfn olunub.

Şəhidin tabutunun büküldüyü üçrəngli bayraq atasına verilib. Daha sonra himn səslənib, yaylım atəşi açılıb.

Qeyd edək ki, şəhid Hüseynov Erkin ailənin tək övladı olub. Subay idi.

Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla, ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub (apa).

 

Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO Goranboy, Şəmkir, Tovuz və Gəncədə şəhidlər dəfn edilib - FOTO