DYP əhaliyə müraciət etdi

 09:18 15.09.2022     764

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yollardakı vəziyyətlə bağlı əhaliyə müraciət edib.

İdarənin İctimaiyyətlə Əlaqələr Şöbəsinin baş inspektoru, mayor Araz Əsgərli Redaktor.az-a bildirib ki, səhər saatlarında gözlənildiyi kimi paytaxtın əsasən Nərimanov, Nəsimi, Yasamal, Səbail, Binəqədi, Nizami və Xətai rayonlarının ərazisində avtomobillərin sıx hərəkətləri daha çox müşahidə olunur:

"Yollarda bu gündən etibarən azyaşlı və yeniyetmələrin piyada qismində hərəkətləri xüsusəndə məktəblərə yaxın ərazilərdə daha da çoxalacaq. Sürücülərdən son dərəcə  məsuliyyətli olmağı, hərəkət sürətinə, yol nişanlarına, piyada keçidlərinə yaxınlaşarkən diqqəti artırmağı, valideyinlərdən və məktəb kollektivlərindən uşaqları mütəmadi olaraq təlimatlandırmağı xahiş edirik!

Bütün hərəkət iştirakçıları hər hansı bədbəxt hadisənin, qəzaların baş verməməsi üçün yollarda təhlükəsizlik qaydalarına qarşı ciddi əməl etməlidir".