"Azəriqaz"ın "Açıq mikrofon"unda sahibkarların müraciətləri dinlənildi - FOTO

 17:44 15.09.2022     178

"Artıq bir ildən çoxdur ki, bölgələrdə keçirilən "Açıq mikrofon" aksiyasında abonentlərin müraciətləri dinlənilir. SOCAR "Azəriqaz" İstehsalat Birliyi olaraq sakinlərin üzləşdiyi problemlərin həlli istiqamətində  müəyyən işlər həyata keçirilir."

Redaktor.az xəbər verir ki, bu sözləri Salyan Regional qaz istismarı İdarəsinin baş mühəndisi Ramin Səfərov bildirib. Şirvanda keçirilən "Səyyar qəbul otağı"nda çıxışı zamanı qurum rəsmisi ünvanlanan müraciətlərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd edib.

Aksiyada ilk olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan sakinlər müraciətlə çıxış ediblər.

10-a yaxın sahibkar istixanalarda standartlara uyğun olmayan qaz cihazlarının istifadəsinə icazə verilməsini xahiş ediblər. Sakinlərdən 5 nəfərin-Elman Dadaşov, Səriyyə Rəhimova, Şamil Valehov, Nəbi Kərimov və Mizəxan Səlimovun müraciətləri eyni xarakterli olub. Adları çəkilən abonentlər mənzillərində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsini istəyiblər.

Hər bir müraciət Salyan Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin yerindəcə baxılmasına dair tapşırıqlar verilib

1
 

1
 

1
 

1