“Səni bacının ərinə verirəm, imkanı yaxşıdır…”  - Yardımlıda ata qızını yeznəsi ilə evləndirmək istədi

 19:22 15.09.2022     944

Yardımlı rayonunda ata qızını digər qızının əri ilə evləndirməyə çalışıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Qadın və Uşaq Sığınacağı"nın rəhbəri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, Yardımlıdan ayaqyalın Bakıya gələn qadın bildirib ki, 3 il evlilikdən sonra boşanaraq atasının evinə gedib. Ata qızını bir müddət saxladıqdan sonra onu digər qızının evli olduğu şəxsə ərə vermək istəyib. Evləndirmək istədiyi şəxs isə Yardımlı rayon Alvana kənd məktəbinin direktoru vəsifəsində çalışır.

"Ata qızına deyib ki, bacın məktəb direktoru ilə evlidir, ona yaxşı baxır sənə də yaxşı baxacaq, imkanı yaxşıdır sən də onunla evlənməlisən...

Məktəb direktoru olan yeznəsi də, qıza məcburi kəbin kəsdirib. Sonra  "səninlə kəbin üçün 40 manat pul vermişəm" deyərək qıızın boynundakı kəlağayı ilə boğaraq evinə aparmaq istəyib".

Məlumatda o da qeyd olunur ki, qadın Binəqədi Rayon Polis idarəsi tərəfindən sığınacağa yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Redaktor.az-a açıqlamasında həqiqətən belə bir hadisənin olduğunu təsdiqlədi, hazırda araşdırmanın aparıldığını bildirdi.

İLTİFAT