Ağsuda Milli Qəhrəmanın anım günü qeyd edildi - FOTO

 19:38 15.09.2022     736

Ağsu rayonu Rəhimli kəndində I Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Əliyev Yusif Əlyusif oğlunun anım günü qeyd olunub.

Redaktor.az xəbər verir ki, tədbirdə YAP Ağsu rayon təşkilatının, Ağsu Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin nümayəndələri, Vətən müharibəsi qaziləri və iştirakçıları, kənd sakinləri və şəhid ailələrinin üzvləri iştirak edib.

Əvvəlcə şəhidin Ağsu rayonunun Rəhimli kəndindəki məzarı və büstü ziyarət olunub. Şəhidin ruhuna dualar oxunub, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Daha sonra tədbir Rəhimli kənd tam orta məktəbində təşkil olunmuş mərasimlə davam etdirilib.

Tədbirdə çıxış edənlər Milli Qəhrəman Əliyev Yusif Əlyusif oğlunun keçdiyi şərəfli həyat yolundan bəhs ediblər.

 Vurğulanıb ki, Milli Qəhrəman Yusif Əliyev 1991-ci ilin sentyabr ayının 14-də erməni silahlı silahlı dəstələrinin Goranboy rayonunun Buzluq kəndinə hücumu zamanı orduya sursat çatdırmağa gedərkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Əliyev Yusif Əlyusif oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Şəhidin ailəsi və yaxınları şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq bildiriblər.

 

222222
Vumart və Güvən reklamı Vumart Güvən