Baldızını evlənməyə məcbur edən direktorla bağlı rəsmi  AÇIQLAMA

 21:22 15.09.2022     548

Yardımlı rayonu, Arvana kənd tam orta məktəbin direktoru vəzifəsində işləyən İsayev Kamran Abasxan barədə müxtəlif mətbuat orqanlarında yayılan məlumatla bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

Redaktor.az xəbər verir ki, bu barədə sözügedən idarədən bildirilib.

"Araşdırma zamanı direktor İsayev Kamran Abasxan oğlu mətbuatda onun haqqında yer alan məlumatın həqiqəti əks etdirmədiyini və ona böhtan atıldığını bildirib. Hadisə ilə bağlı aidiyyəti qurumlar araşdırma aparır. Hər hansı yeni məlumat olarsa, bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək"- rəsmi açıqlamada deyilir.

Qeyd edək ki, K.İsayevin həyat yoldaşının bacısını məcburi nikaha cəlb etməsi barədə iddialar yayılıb.