İşğaldan azad olunan ərazilərə avtobus marşrutları təxirə salınıb? - RƏSMİ AÇIQLAMA

 21:45 15.09.2022     464

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) işğaldan azad olunan ərazilərə avtobus marşrutlarının təxirə salınmasına dair yayılan xəbərlərə münasibət bildirib.

Redaktor.az verilən məlumata görə, qurum tərəfindən işğaldan azad olunan ərazilərə - Şuşa, Ağdam və Füzuli rayonlarına müntəzəm avtobus marşrutları ilə 15, 16 və 17 sentyabr tarixlərinə nəzərdə tutulan səfərlər təxirə salınaraq başqa tarixlərə keçirilib:

"Bu barədə sərnişinlərlə telefon əlaqəsi yaradılaraq məlumat verilib".

Qeyd edək ki, sosial şəbəkərdə işğaldan azad olunan ərazilərə avtobus marşrutlarının təxirə salınması ilə bağlı xəbərlər yayılıb.