​​​​​​​Daha bir şəhidimiz torpağa tapşırıldı - FOTO

 22:30 15.09.2022     584

Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər, 2001-ci il təvəllüdlü Məhərrəmov Turan Tərlan oğlu sentyabrın 15-də doğulduğu Zaqatala rayonunun Qımır kəndində torpağa tapşırılıb.

Redaktor.az xəbər verir ki, şəhidin dəfn mərasimində rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəhbər və əməkdaşları, Müdafiə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, şəhidin doğmaları və döyüş yoldaşları iştirak ediblər.

Şəhid yaylım atəşi altında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.

222222