İlham Əliyev "Qarabağ"ı belə təbrik etdi: "Darmadağın!" - FOTO

 23:29 15.09.2022     937

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Fransanın “Nant” klubu üzərində qazandığı inamlı qələbəb ilə bağlı tviterdə paylaşım edib.

Redaktor.az xəbər verir ki, paylaşımda deyilir:

“Qarabağ (Azərbaycan) - Nant (Fransa) - 3:0. Darmadağın! Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, “Qarabağ”ın qollarını Kvabena Ovusu, Abdullah Zubir və Marko Yankoviç vurublar. Hazırda Ağdam təmsilçisi 3 xalla qrupda ikinci pillədə qərarlaşıb.

2