Məşhurlar şəhid qardaşının yayılan videosuna etiraz etdilər

 14:47 16.09.2022     1138

Ermənistanın təxribatı nəticəsində şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qardaşının 6 min manat rüşvət tələb olunması məsələsiylə bağlı açıqlaması sosial şəbəkələrin gündəm olub.

Redaktor.az mətbuat.az-a istinadla xəbər verir ki, şəhid qardaşının açıqlaması ictimaiyyətin narazılığına səbəb olub. Azərbaycanın tanınmış simaları bu barədə etirazlarını sosial şəbəkə hesablarından yayımlayıblar.

Belə ki, yazıçı Cəlil Cavanşir, müğənni Nura Suri, aktyor Kamran Ağabalayev isə instaqram hesablarından video paylaşaraq səbəbsiz yerə üzr istədiklərini qeyd edərək bir gün bu cür videolarının yayılacağını bildiriblər.