Peyvənd olunanların sayı daha da artdı

Azərbaycanda son gündə koronavirus əleyhinə 945 vaksin vurulub.
Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 252, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 135, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 478, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 80 nəfərdir.
